Deadpool Yeni Fragman

Bir neçə gün əvvəl qısa fragmanını izlədiyimiz Deadpool'un sonunda uzun metrajlı fragmanı çıxdı.
Deadpool'un qısa fragmanı bir neçə gün əvvəl çıxmışdı. Fragman qısa olduğu üçün bu səbəbdən filmlə əlaqədar çox məlumata əldə edə bilmirdik. Dünən yayımlanan uzun metrajlı fragman, Deadpool'la haqqında bəzi fikirləri əldə etməyimizə imkan verdi.
Əyləncəli bir qatil olan Deadpool, filmdə aksiyonla birlikdə yumor qabiliyyətlərini ön plana çıxarır. Deadpool'un bu hala necə çevrildiyini isə onun təqibçisi olanlar bilirlər lakin biz yenə də kiçik bir məlumat verək:Xərçəng olduğunu öyrənən Wilson son ümid kimi Weapon-X adındakı hərbi təcrübə proqramında müalicə olunmağı seçir . Xərçəng çox irəli səviyyədə olduğu üçün tibbi baxımdan ediləcək bir müdaxilə qalmır və elm insanları Wilson üzərində fərqli yollar axtarırlar. O fərqli yollar, Wilsonun dəyişərək Deadpool xarakterinin ortaya çıxmasını təmin edir.
Fragmanda da izləyəcəyiniz üzrə Deadpool, hər cür silahı istifadə edə və ninja təhsili alan bir qatildir. Amma onun da özünə görə bəzi qaydaları var, əsla qadın və uşaq öldürmez. (Hisləri olan bir qatildir)
Deadpool xarakterini oynayan Ryan Reynolds'un Green Lantern (Yaşıl Fənər) adında yaşıl bir super qəhrəmanı canlandıran filmi var. Fragmanın bir anında 'Lütfən mənə super bir yaşıl paltarlı qəhrəman etməyin' deyən Deadpool, köhnə filmlərinə göndərmə edəcək qədər də qəribə bir qatildir.



Share on Google Plus

About ilqar

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment

0 yorum:

Yorum Gönder